Məsut Özilin müğənni sevgilisi  Mendi Kapristo futbolçu ilə münasibətlərindən danışıb. Futbolinfo.az xəbər verir ki, gözəlçə  “Arsenal” və Almaniya millisinin aparıcı üzvü barədə bunları deyib:
 
“Məsutla İngiltərədə çox yaxşı evdə yaşayırıq. Mən yemək bişirə bilmirəm, amma Məsut bu işdə mənə çox yaxşı kömək edir. Məsutla eyni yolda irəliləyirik. Hazırda nişanlanmamışıq və evlənməmişik. Zamanı gələndə evlənəcəyik və uşaqlarımız da olacaq. Biz bir komandayıq. Komandamızın adı isə “Özisto”du”.
Shares: