Yenə başı-beyni duman, belə yaşayın hər zaman. Can, ay can, ay can. Cavanlıq əla şeydi…
Biri var "Dumanlı Albion"da top qovan futbolçular, bir də var "Simurq"un beyni dumanlı oyunçuları. Yəqin ki, fərqi dərhal hiss etdiniz. Fotosessiyada təqdim olunan "dumanlılar"ın 4 nəfəri – Arzuman Rəhimov, Kamran Əkbərov, Samir İbrahimov, Kənan Müslümov "Simurq"un əvəzedici komandasının üzvləri olduğu halda, Rəşad Əzizli komandanın 3-cü qapıçısıdı. Görünür, çıxış etdikləri çempionatın 3-cü pilləsində qərarlaşmaları onlarda arxayınçılıq yaradıb.
Ancaq bir şey var ki, "qəhrəmanlarımız" əvəzedici oyunçu ilə əvəzedilməz futbolçunu səhv salırlar. Sanki futbolçu karyeralarının zirvəsində əyləşib, keçmiş günlərini xatırlayırlayaraq məsti-xumar olurlar. Əllərində qəlyanı elə tutublar ki, sanki Çempionlar Liqasının kubokudu.
Hazırda "futbolçu" karyeralarını "Simurq"da davam etdirən "qəhrəmanlarımız" çətin bu qəlyana olan sevdasından əl çəksinlər.
Məlumat üçün qeyd edək ki, futbol üzrə gənclər millimizin həkimi Arif Fərəcov saytımıza açıqlamasında qəlyanın siqaretdən daha zərərli olduğunu bildirmişdi. (https://futbolinfo.xyz/xeber/1659/)





