"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyundan (4:1) sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis on nəfər qaldıqdan sonra bu qədər asan qələbə qazanacaqlarını gözləmədiyini deyib:
 
"On nəfərlə qaldığımız üçün taktiki dəyişikliklər etdim və bu da uğurlu alındı. Bu qədər asan qələbə qazanacağımızı gözləmirdim. Hazırda qrupda "Yuventus" "Qalatasaray"dan bir addım öndədi. Amma yenə də İstanbul klubunun onları məğlub etmək şansları var".
Shares: