İllərdi ki, İngiltərə “Arsenal”ının çoxları tərəfindən bilinməyən bir ənənəsi var. Futbolinfo.az xəbər verir ki, bu klubda bir qayda olaraq kapitan matça uzun qollu forma ilə çıxarsa, bütün komanda uzun qol forma geyməlidi.
Yaxud da qısa qollu geyərsə bütün komanda qısa qollu geyməlidi. Bir sözlə, heyətin meydana uzun və ya qısa qollu forma ilə çıxacağı kapitandan aslıdı.
Soyuq bir Rusiya səfərində komandanın kapitanı qısa qollu forma seçsə, digərləri buna əməl etmək məcburiyyətindədi. Yaxud isti bir London axşamında çox tərləməmək üçün qısa qollu geyməyi düşünsəniz belə, kapitanınız uzun qollu meydana çıxarsa, siz də belə etməlisiniz.
Bu ənənəni çox maraqlı bir oyunçu pozub. 2004-08-ci illərdə “Arsenal” forması geyən və bu il komandasına geri dönən Mateu Flamininin fotoşəkildən də göründüyü kimi ənənəni pozması klubda mübahisə yaradıb. Onun bu hərəkəti bir az gec hiss edilsə də, oyunçu tənqidlərdən qaça bilməyib.
Baş məşqçi Arsen Venger “Mançester Yunayted” və “Napoli” matçlarında bu ənənəni pozan Flaminini sərt xəbərdarlıq edibmiş: “Bu, klubun ənənəsidi. Flaminini elə görəndə çox təəcübləndim. Bu qəbul edə biləcəyimiz bir vəziyyət deyil”.





