Xarici mətbuat “Qalatasaray”ın "Barselona"da forma geyən kamerunlu ulduzu Aleksandr Sonqla maraqlandığını yazıb. Futbolinfo.az xəbər verir ki, bu transferdə sırf baş məşqçi Roberto Mançini maraqlıdı.
Yarımmüdafiəçi "Barsa"da əsas heyətə düşməkdə çətinlik çəkdiyindən bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, katalonlar Sonqu 19 milyon avroya ötən yay "Arsenal"dan almışdı.





