Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Amkar"la üz-üzə gəlib. Qarşılaşma Kazan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.
Abışovun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kurban Berdıyev onun adını bu matçın iştirak ərizəsinə daxil etsə də, sonadək ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Rubin" geridə qalan turlarda 23 xal toplayıb və hazırda 9-cu pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
18-ci tur
2 dekabr
Rubin – Amkar – 3:0





