"Real" (Madrid) klubunun müdafiəçisi Marselo komanda yoldaşları Kriştianu Ronaldo və Qaret Beyli müqayisə edib. Futbolinfo.az xəbər verir ki, o, açıqlamasında Ronaldonun Beyldən qat-qat öndə olduğunu bildirib:
“Beyl son zamanlar yaxşı çıxış edir. Amma bununla belə hələ Ronaldoya çata bilməz. Düşünürəm ki, bu müqayisə düzgün deyil. Kriştianu komandadakı oyunçuların ən yaxşısıdı. Beyl də mükəmməl futbolçudu, ancaq bir Ronaldo deyil".
Qeyd edək ki, Qaret son olaraq Roanldonun forma geymədiyi "Valyadolid"lə matçda het-trikə imza atıb.





