Braziliya millisinin sabiq hücumçusu Ronaldo 4 gün sonra atılacaq DÇ-2014-ün püşkü haqda danışıb. Futbolinfo.az xəbər verir ki, Ronaldo püşk zamanı heç bir yığmanın Braziliya ilə eyni qrupda düşməkdən çəkinəcəklərini deyib:
 
"Qarşıdakı dünya çempionatının möhtəşəm olacağına şübhəm yoxdu. Düşünürəm ki, püşk zamanı heç bir yığma Braziliya ilə eyni qrupa düşmək istəməyəcək. Təbii ki, heç bir milli meydan sahibləri ilə qarşılaşmaq istəməz. Çünki Braziliya yığması çox güclüdür. Ancaq heyətə bir qədər əl gəzdirmək lazımdı".
 
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.
Shares: