Son turdakı hakim səhvləri ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da fikirlərini öyrəndik. Qurum rəsmisi futbolinfo.az saytına açıqlamasında konkret faktlar sadalamaqdan imtina etdi.
Bununla belə, Xaqani bəy səhvlərin olduğunu etiraf etdi: “Son turda bir neçə hakim səhvi olub. Amma əsas problem Sumqayitdakı oyunla bağlıdı. Fariz Yusifov “Sumqayıt”ın əllə vurduğu qolu hesaba almamalı, son dəqiqələrdə isə “Neftçi”nin qapısına penalti təyin etməliydi. Yaxşı ki, bunlar qərəz deyil, hakim səhvidi. İclas keçirdik, səhvləri hakimlərin diqqətinə çardırdıq. İndi onlara hansı cəzanın verildiyini açıqlaya bilmərəm, amma mütləq tədbir görüləcək”.





