"Azercell" şirkəti AFFA ilə sponsorluq müqaviləsini uzatmaqdan imtina edib. Futbolinfo.az xəbər verir ki, bu haqda şirkətin rəhbəri Kirill Qaburiç məlumat verib.
 
O bildirib ki, Azərbaycan milli komandasına və U-17 liqasına sponsorluğu nəzərdə tutulan yeni anlaşma imzalanmayacaq. Səbəb kimi artıq digər idman növlərinə də investisiya yatırmaq istədiklərini göstərib.
 
Qaburiç yerli klublardan hər hansı birinə sponsorluq variantını da istisna edib. (lent.az)
Shares: