Çexiya millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Tomas Uyfaluşi futbolçu karyerasını başa vurub. Futbolinfo.az xəbər verir ki, bu barədə çexiyalı oyunçunun özü açıqlama verib.
 
Uyfaluşi bildirib ki, son zamanlar tez-tez zədələndiyi üçün belə bir qərar verib.
 
Qeyd edək ki, 35 yaşlı müdafiəçi yayda “Qalatasaray”dan ayrılmış və mövsümün əvvəlində "Sparta"ya transfer olunmuşdu.
Shares: