"Qarabağ"la yollarını ayıran Miro Varvodiç bununla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı qapıçı Ağdam klubunun rəsmi saytına müsahibəsində bunları söyləyib:
"Qarabağ"da 1,5 il möhtəşəm zaman keçirmişəm. İlk dəfə "Köln"dən "Qarabağ"a gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Şehiç yetərincə yaxşı qolkiper və yaxşı insandıar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. "Qarabağ" karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. "Qarabağ"da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam".
Qeyd edək ki, Miro Varvodiç 2012-ci ilin yanında "Köln" klubundan transfer olunmuşdu.





