Gələn il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının mükafat fondu artırılıb. Özü də nə az, nə çox, düz 140 milyon dollar. Futbolinfo.az xəbər verir ki, bu barədə FİFA-nın baş katibi Jerom Valke açıqlama verib.
 
O, Braziliyada baş tutacaq mundialda mükafat fondunun 560 milyon dollar təşkil edəcəyini bildirib.
 
Qeyd edək ki, sonuncu DÇ-də (2010) bu rəqəm 420 milyon dollar olub.
Shares: