Almaniya millisinin baş məşqçisi Yoahim Löv maraqlı addım atıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı "Qızıl Top" mükafatının səsvermə prosesində iştirak etməyib.
 
Yığmanın mətbuat xidmətinin rəhbəri Qritnner deyib ki, Löv səsvermə hüququndan imtina edib. Çünki onun fikrincə bul il ən güclü deyilə biləcək futbolçu yoxdu. Yoahim tərəfsiz qalmaq üçün belə bir addım atıb.
 
Qeyd edək ki, Lövün öz səsini hər hansı alman futbolçuya verməməsi Almaniya mətbuatında birmənalı qarşılanmayıb. Hansı ki, "Qızıl Top"a namizəd 23 futbolçudan 5-i onun həmyerlisidi.
Shares: