UEFA prezidenti Mişel Platinin son açıqlaması "Real"ın (Madrid) futbolçusu Kriştianu Ronaldonu əsəbiləşdirib. Futbolinfo.az xəbər verir ki, Platini FİFA-nın "Qızıl Top" mükafatının səsverməsini Ronaldonu məmnun etmək üçün uzatdığını demişdi:
 
"FİFA-nın bu qərarı Portuqaliyanın dünya çempionatına getmək üçün İsveçlə oynadığı və Kriştianunun üç qol vurduğu pley-off matçlarından sonra reallaşdı".
 
Bu fikirlərə münasibət bildirən portuqaliyalı isə deyib ki, Platini bu sözlərlə onu təxribata çəkməyə çalışır: “Ancaq mən buna cavab verməyəcəm. "Qızıl Top" mükafatının təqdimetmə mərasiminə qatılmayacam. Mükafatlandırma vaxtı İspaniya, Surix, hətta Portuqaliyada belə ola bilərəm".
Shares: