“Yuventus” və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba 2013-cü ilin "Golden Boy 2013" mükafatının qalibi olub. Futbolinfo.az xəbər verir ki, 256 xal toplayan gənc oyunçu rəqiblərinə şans verməyib.
2-ci yerdə 129 xalla “Everton”un belçikalı forvardı Romelu Lukaku qərarlaşıb.
Sonrakı yerləri 120 xalla “Şalke”nin yarımmüdafiəçisi Yulian Draksler, Madrid “Real"ının müdafiəçisi Rafael Varan ( 86) və PSJ-nın müdafiəçisi Markinyos (44) tutub.





