“Beşiktaş”ın yarımmüdafiəçiləri Olcay Şahan və Vəli Kavlak Moskva ÇSKA-nın, “Rubin” və Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, hər iki futbolçunun yaxın müddətdə müqavilələri başa çatdığından adı çəkilən komandalar onları heyətinə qatmaqda maraqlıdı.
Qeyd edək ki, Türkiyə çempionatının cari mövsümündə Olcay 5 qol və 4 ötürmə, Kavlak isə 2 məhsuldar ötürmə edib.





