Futbol üzrə Almaniya Kubokunda 3-cü mərhələnin oyunlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub mübarizə aparırdı.
Növbəti mərhələyə 8 vəsiqə uğrunda mübarizədə artıq son 4 görüş də baş tutub. Xatırladaq ki, ilk oyun günündə "Hamburq" "Köln" səddini çətinliklə də olsa, keçə bilmişdi. Səfərdə "Yunion Berlin"lə qarşılaşan "Kayserslautern" isə buna darmadağınla nail olmuşdu. "Saarbrukken"lə üz-üzə gələn Dortmund "Borussiya"sı növbəti mərhələyə vəsiqə qazanmışdı. "Şalke" isə "Hoffenhaym"a uduzaraq mübarizəni dayandırmışdı.
Son gündə "Bavariya" səfərdə "Auqsburq"a qalib gələrək, yoluna davam edib. "Bayer" "Frayburq"a, "Volfsburq" "İnqolştadt"a qalib gəlib. Frankfurt "Ayntraxt"ı da "Sandhauzen"ə şans verməyib.
Almaniya Kuboku
3-cü mərhələ
3 dekabr
Hamburq – Köln – 2:1
Yunion Berlin – Kayserslautern – 0:3
Saarbrukken – Borussiya (Dortmund) – 0:2
Şalke – Hoffenhaym – 1:3
4 dekabr
Frayburq – Bayer – 1:2
Volfsburq – İnqolştadt – 2:1
Auqsburq – Bavariya – 0:2
Ayntraxt – Sandhauzen – 4:2





