Xəbər verdiyimiz kimi, Polşa mətbuatı futbol üzrə Azərbaycan yığmasının 2014-cü ilin yanvar ayının 20-də bu ölkənin millisi ilə yoxlama oyunu keçəcəyinə dair məlumatlar yayıb. Məlumatda bildirilir ki, bu iki komanda gələn il Dubayda üz-üzə gələcək.
Lakin futbolinfo.az saytına açıqlama verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu xəbəri təkzib edib:
 
"Bununla bağlı bizə Polşa Futbol Federassiyası tərəfindən heç bir məktub daxil olmayıb. Bilirsiz ki, baş məşqçi Berti Foqtsun bizimlə olan müqaviləsi başa çatıb. Müqavilənin müddətinin artırılıb, artırılmaması ilə bağlı müzakirə İcraiyyə Komitəsində müzakirə olunacaq. FİFA-nın yoldaşlıq görüşləri çərçivəsində oyunlar olsa, danışıqlar aparacağıq. Bir çox futbol federassiyaları ilə danışıqlar gedir. Danışıqların nəticəsi tam həllini tapana kimi bu məsələ gizli qalmalıdı".
Shares: