Dortmund “Borussiya”yasının yarımmüdafiəçisi İlkay Gündoğan hazırkı klubu ilə müqavilənin müddətini uzatmaqdan imtina edib. Futbolinfo.az xəbər verir ki, bu haqda Almaniya mətbuatı məlumat yayıb.
Komanda ilə 2015-ci ilin iyununa qədər sözləşməsi olan türk əsilli futbolçu bugünlərdə rəhbərliyin müqavilə müddətini uzatmaqla bağlı təklifini geri çevirib.
Qeyd edək ki, İlkayın bu qərarına səbəb kimi onun “Real”a keçmək istədiyi göstərilir. Futbolçunun gələn ilin yayında 30 milyon avro müqabilində Madrid klubuna transfer olunacağı bildirilir.





