Topaz Premyer Liqasının 16-cı turunda "Neftçi" səfərdə "Qarabağ"ın qonağı olacaq. Bakı klubunun vitse-prezidenti Tahir Süleymanov böyük maraqla gözlənilən oyun haqda fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında Süleymanov bunları söyləyib:
 
"Hər zaman qeyd etmişik ki, bu qarşılaşma Avroliqanın qrup səviyyəsində olan oyunlara bərabərdi. Arzumuz budu ki, qalmaqallar olmasın, 90 dəqiqə meydanda təmiz mübarizə getsin. Bu iki komanda son illər nəinki Azərbaycanda, Avropada uğur qazanan komandalardı. Hər iki tərəf gözəl oyun sərgiləyir. Ən önəmli məqam odu ki, söhbət futboldan getməlidi. Güclü olan tərəf qalib gəlsin".
Shares: