Azərbaycan kubokunda "Bakı"yla qarşılaşan "Sumqayıt" Topaz Premyer Liqasının 16-cı turunda da "Bakı" ilə üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, Sumqayıtda paytaxt klubunu qəbul edəcək Aqil Məmmədovun rəhbərlik etdiyi komanda hazırlığını davam etdirir.
Axşam baş tutan məşqdə qapıçı Tərlan Əhmədli zədəli olduğu üçün iştirak etməyib. Zədəsini sağaltmış Aleksandr Çertoqanov isə artıq komanda ilə birlikdədi.
Qeyd edək ki, "Sumqayıt" – "Bakı" oyunu dekabrın 8-də, saat 17:00-da Sumqayıt yeni meydançada keçiriləcək.





