"Barselona"nın və Braziliya millisinin ulduzu Neymar siqaret çəkərkən yaxalanıb. Futbolinfo.az xəbər verir ki, onun bu fotosu Avropa mətbuatında böyük ajeotaja səbəb olub.
Lakin daha sonra məlum olub ki, Neymar bunu bir reklam çəkilişində rolunun tələbinə əsasən edib. O ictimai maarifləndirmə məqsədi daşıyan bu kadrda siqaret çəkən bir idmançının həyatını puç etməsini təlqin edən obrazı oynayıb. Bu səbəbdən Neymar yalandan da olsa, siqarəti çəkmək məcburiyyətində qalıb.





