“Real”ın (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldonun mumdan hazırlanmış heykəli Madriddəki "Balmumu" muzeyində sərgilənib. Futbolinfo.az xəbər verir ki, öz heykəlinin açılış mərasiminə qatılan portuqaliyalı hücumçu xeyli təəccüblənib.
 
Superulduz heykəlin həqiqətən də ona çox bənzədiyini bildirib.
 
Qeyd edək ki, İspaniya millisinin futbolçularından Xavi Hernandes, Fernando Torres, Andres İnyestanın da mumdan heykəli var.
Shares: