"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Oyun pis alınmadı. Hər iki komanda hücumlar təşkil etdi. İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq. Qayda pozuntusu olmasaydı, hakim penalti təyin etməzdi. “Qarabağ”ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdı. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdı”.
Shares: