"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Bugünkü oyunda qələbə qazandıq. Lakin meydançanın vəziyyəti yaxşı deyildi. Bu cür hava şəraitində də oynamaq çətindi. Bəxt bu gün bizim tərəfimizdə idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana blmədik. İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə münasibətilə təbrik edirəm. Heyətimizə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev üçün çətin olsa da, uğurlu çıxış etdilər”.





