Topaz Premyer Liqasının 16-cı turunun mərkəzi oyununda "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək zirvəyə yüksəldi. Futbolinfo.az xəbər verir ki, flaqmanla matçda iki qol vuraraq dubl edən və komandasına penalti qazandıran Reynaldo Da Silva və dünənki qarşılaşmanı zədə səbəbi ilə buraxmalı olan Riçard Almeyda qələbəni brazilyalı dostları ilə birgə qeyd ediblər.
Brazilyalı futbolçuların dəvəti ilə onların bir neçə dostu da Azərbaycana gəlib. Onların arasında döymə ustası olan Rodriqo Bertolino da olub. Rodriqo dünənki qələbədən sonra döymə üsulu ilə futbolçuların bədənlərində müxtəlif rəsmlər çəkib. Həmin fotoları sizə təqdim edirik.





