Türkiyə Super Liqasının 14-cü həftəsində "Qalatasaray"la "Elazığspor" arasında keçirilən oyundan sonra  “sarı-qırmızılar”ın oyunçuları Didye Droqba və Emmanuel Ebue formalarının altından  geyindikləri Mandelaya həsr edilən yazılı  mayka ilə bağlı "icazə almadıqları" üçün ölkənin Peşəkar Futbol Qurumunun nizam–intizam komitəsinə cavab verməli olacaq. Futbolinfo.az xəbər verir ki, afrikalı bu oyunçular Nelson Mandelanın vəfatını yad etmək məqsədi belə forma geyiniblər.
 
Droqbanın maykasında “Təşəkkürlər Mandela!” ("Thank you Madiba"), Ebuenin fomasında isə "Hüzur içində yat, Mandela!" ("Rest in Peace Nelson Mandela") yazılıb. Afrikalılar oyundan sonra futbolkanın çıxardıb, şüarlar yazılan formanı stadiona toplaşanlara nümayiş etdiriblər. Onların bu hərəkətini tamaşaçılar da alqışlayıb.
Shares: