"Barselona" Andreas İnyesta ilə yeni müqavilə haqda razılığa gələ bilmir. Futbolinfo.az xəbər verir ki, yeni müqavilənin müddəti barədə tərəflərin fikri üst-üstə düşmür.
İnyesta müqaviləni 2019-cu ilə kimi uzatmaq istəyir. "Barselona" isə yeni sözləşmənin 1 il az olmasını, yəni 2018-ci ildə bitməsini istəyir. Qaşıdakı günlərdə tərəflərin yenidən görüşəcəyi ehtimal edilir.
Əlavə edək ki, yeni müqavilə imzalandıqdan sonra İnyestanın illik məvacibi 12 milyon avro olacaq.





