"Qalatasatay" klubunun qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel bu axşam Çempionlar Liqasında baş tutacaq "Yuventus"la oyunöncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, Taffarel rəqibin ən təhlükəli futbolçusu kimi Artur Vidalı fərqləndirib:
"Yuventus"un ən təhlükəli futbolçusu Vidaldı. İnanılmaz bir yarımmüdafiəçidi. Onu bir anlıq gözdən qaçırsan, qapının ağzında "bitəcək". Öz mövqeyinin ən yaxşı oyunçularından biridi. Çili yığmasının şərəfini qoruyur. Ancaq Braziliya millisində oynamasını çox istərdim".
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





