"Barselona"nın maliyyə işləri üzrə vitse-prezidenti Xavyer Faus komandanın ulduz futbolçusu Lionel Messinin satılması və ona yeni müqavilə təklif olunması məsələsi ilə bağlı mətbuatda yayılan xəbərlərə reaksiya verib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi İspaniya mətbuatına açıqlamasında belə danışıb:
"Başa düşə bilmirəm ki, biz niyə indi Messiyə yeni müqavilə təklif etməliyik. Onunla 2018-ci ilədək sözləşməmiz var. "Barselona" hər altı aydan bir ona yeni anlaşma təklif edə bilməz. Messini satmaq? Bu ehtimal sıfıra bərabərdi".





