İngiltərədə bir neçə futbolçu danışılmış oyunlarla bağlı polis tərəfindən saxlanılıb. Britaniya mətbuatının məlumatın görə, bun səbəb “Porstmut”un sabiq oyunçusu Sem Sodjenin yayılan videosudu.
 
Futbolinfo.az xəbər verir ki, videoda Sodjenin bir neçə futbolçuya sarı və qırmızı vərəqə almağa görə pul təklif etdiyi görünür. Onun sözü nəinki İngiltərənin aşağı divizionlarında, hətta Premyer Liqada da keçərliymiş.
 
Artıq bu məsələylə bağlı 6 nəfər saxlanılıb. Onların arasında ən tanınmışı “Blekbern”in sabiq hücumçusu Dadli Kempbelldi.
Shares: