Çempionlar Liqasının qrup mərhələsində dünən baş tutan "Milan" – "Ayaks" matçında xoşagəlməz hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, görüşün baş tutduğu "San Siro" stadionun yaxınlığında iki komandanın azarkeşləri arasında dava düşüb.
 
İnsident zamanı 6 nəfər bıçaqlanıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
 
Qeyd edək ki, "Milan" – "Ayaks" matçı 0:0 hesabı ilə başa çatıb.
Shares: