UEFA Çempionlar Liqası və Avropa Liqasında növbəti püşkatma mərasiminin vaxtını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 və Avroliqanın isə 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.
 
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Reqlamentə əsasən ÇL-in qrup mərhələsini birinci pillədə başa vuranlar ikinci pillənin sahibləri düşə biləcəklər. Lakin püşk zamanı eyni ölkədən olan komandaların üzləşməsinə şərait yaradılmayacaq.
 
Qitənin ikinci dərəcəli klub püşkü zamanı isə qrup qalibləri və ÇL-dən gələn ən yaxşı 4 komanda səpələnmişlər səbətində yer alacaq. Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş digər 4 komanda isə Avroliqanın qrup ikinciləri ilə səpələnməmişlər səbətində qərarlaşacaq.
 
Qeyd edək ki, hər iki turnirdə qrup qalibləri ilk oyunlarını səfərdə keçirəcəklər.
Shares: