Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi bəzi komandaların planlarına mane olmayıb. Futbolinfo.az xəbər verir ki, 1-ci divizionda baş tutacaq "Ağsu" – "Göyəzən" qarşılaşmasına qar yağışı mane olmayacaq.
Bu barədə saytımıza açıqlamasında "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov məlumat verib: "Komanda əsas meydanda məşqlərini davam etdirir. Oyunun keçirilməsində heç bir problem olmayacaq. Düzdü, qar yağmışdı, amma biz artıq təmizlik işlərini görmüşük. Oyunumuz həftənin sonunda baş tutacaq. İnşalah, oyuna tam hazır olacağıq".





