London "Arsenal"ının baş məşqçisi Arsen Venger Çempionlar Liqasının pley-off mərhələsi üçün atılacaq püşk haqda danışıb. Futbolinfo.az xəbər verir ki, fransız mütəxəssis bu dəfə komandasının bəxtinə bərabər səviyyəli rəqibin çıxacağına ümid etdiyini bildirib:
"Qrupu ikinci pillədə başa vurduqda 1/8 finalda daha güclü rəqiblərlə qarşılaşırsınız. Son 4-5 ildə "pley-off"da bizə güclü rəqiblər düşüb. Bu il də belə ola bilər. Amma ümid edirəm ki, bu dəfə "Arsenal"a bərabər səviyyəli rəqib çıxacaq".
Qeyd edək ki, "Arsenal"ın 1/8 finaldakı potensial rəqibləri "Real" (Madrid), PSJ, "Barselona", "Bavariya” və "Atletiko"du (Madrid).





