İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşma üçün İstanbulda 2 gecə keçirməli olub və bu müddətdə otellərə təqribən 60 min avro qazandırıb. Futbolinfo.az xəbər verir ki, dekabrın 10-da keçirilməli olan oyuna “Yuve” 2 gün öncədən gəlib.
Turinlilər azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Edition” otelində qalıblar. Onlar otelə 2 gecə üçün 35 min avro ödəyiblər. Matç günü stadiona gedən klub oyundan sonra birbaşa İtaliyaya uçmaq istəyib. Lakin matç dekabrın 11-ə təxirə salındığından, “ağ-qaralar” gecələmək üçün yeni otel axtarışına çıxıblar. “Edition”da yer olmadığından “Qalatasaray”ın sabiq prezidenti Adnan Polata məxsus “Polat Renaissance Bosphorus” otelində yer tapılıb. Burada isə qonaq komanda 8500 avro ödəyib. Yeməklər üçün isə əlavə olaraq 15 min avro xərclənib.





