Futbol üzrə Topaz Premyer Liqasının noyabr ayı üçün ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “İnter”in kapitanı Vaqif Cavadov jurnalistlər arasında keçirilən səsvermənin yekunlarına görə, noyabr ayının ən yaxşı futbolçusu, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev isə ən gözəl qol müəllifi adına layiq görülüb.
 
Qeyd edək ki, Elnur Allahverdiyevin AZAL-a vurduğu qol, noyabr ayının ən gözəl qolu seçilib.
 
Qaliblər bu gün "Topaz" və Peşəkar Futbol Liqası tərəfindən keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
Shares: