UEFA Türkiyənin "Qalatasaray" klubuna xəbərdarlıq edib. Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın ev oyunlarını keçirdiyi “TT Arena” stadionunun ot örtüyünün yararsız hala düşməsidi.
UEFA “sarı-qırmızılar”ın Çempionlar Liqasında “Yuventus”la matçını nəzərə alarıq İstanbul klubuna xəbərdarlıq göndərib.
Ali futbol qurumunun nümayəndələri ÇL-in növbəti matçlarında stadionun ideal vəziyyətə gətirilməsini tələb edib. Bildirilib ki, problem fevrala qədər aradan qaldırılmasa, klub ev oyunlarını başqa stadionda keçirəcək.





