"Liverpul" klubu qışda hücum xəttini gücləndirmək istəyir. Futbolinfo.az xəbər verir ki, əsas namizədlər "Tottenhem" və PSV-nin hücumçuları, müvafiq olaraq, Jermeyn Defo və Ole Toyvonedi.
 
Defo dünya çempionatına gedə bilmək üçün klub rəhbərliyindən icarəyə göndərilməsini xahiş edib və bununla bağlı razılıq əldə olunub. PSV isə Toyvoneni satmaq niyyətindədi. Amma "Liverpul" əvvəlcə onu icarəyə götürüb, yayda transfer hüququna sahib çıxmağı planlaşdırır.
 
Məsələyə qış “transfer pəncərəsi” açıldıqdan sonra aydınlıq gələcəyi gözlənilir.
Shares: