İtaliyanın "La Gazzetta dello Sport" nəşri maraqlı iddia ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, qəzet Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Qalatasaray" – "Yuventus" maçında meydanın bir hissəsinin qardan təmizlənərkən bilərəkdən bərbad hala salındığını yazıb.
İtaliya mətbuatının iddiasına görə, türklər məhz "Yuventus"un hücüm edəcəyi zonanı bilərəkdən bərbad hala salıblar. Bunun üçün də alınan nəticəni ədalətli hesab etmirlər. İddiada qeyd olunur ki, meydanın bərbad hala salınan zonasında "Qalatasaray" 15 , "Yuventus" isə 45 dəqiqə hüçum edib.
İtaliya və ingilis mətbuatında çıxan xəbərlərə görə, "Yuventus" bu məsələni UEFA səviyyəsində həll etməyi planlaşdırır. Onlar hətta gördüyünüz fotonu da fakt kimi UEFA-ya təqdim ediblər. İtalyanlar eyni zamanda "Qalatasaray"a cəza verilməsinin də vacibliyini qeyd ediblər.
Qeyd edək ki, sözügedən qarşılaşma 1:0 hesabı ilə İstanbul təmsilçisinin xeyrinə başa çatmışdı.





