İtaliya millisinin hücumçusu Mario Balotelli DÇ-2014-lə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu qarşıdakı mundialın onun üçün özünü sübut etməsi baxımından yaxşı şans olduğunu bildirib:
 
"Braziliyada keçiriləcək dünya çempionatı ən yaxşı hücumçu olduğumu sübut etmək baxımından yaxşı şans olacaq. Ancaq bu heç də asan görünmür. Çünki bütün futbolçular yığmaları ilə uğur qazanmaq istəyir. Rəqiblərimizə gəlincə indiyə qədər iştirak etdiyimiz turnirlərdə hər zaman İngiltərədən üstün olmuşuq".
 
Qeyd edək ki, İtaliya millisi D qrupunda Uruqvay, İngiltərə və Kosta Rika ilə mübarizə aparacaq.
Shares: