Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Futbolinfo.az xəbər verir ki, dünən öz meydanında "Karabükspor"a məğlub (2:3) olan "Konyaspor"un baş məşqçisi Uğur Tütüneker istefa verib.
Təcrübəli mütəxəssis istefa qərarını canlı yayımda bu sözlərlə açıqlayıb: "16 xal çox pis göstərici deyil, çox yaxşı da deyil. Uşaqlarla danışıb halallaşdım. Bundan sonra "Konyaspor"a uğurlar arzu edirəm və istefa verirəm".
Qeyd edək ki, "Konyaspor" bu mövsüm keçirdiyi 15 matçın 5-ni qələbə, 1-ni heç-heçə, 9-nu isə məğlubiyyətlə başa vurub





