Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" – "Rəvan" oyunu meydan sahiblərinin kapitanı Rahid Əmirquliyevin bu il çıxdığı son qarşılaşma olub. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu növbəti turda komandasına kömək edə bilməyəcək.
Buna onun "Rəvan"la görüşdə növbəti dəfə sarı vərəqə ilə cəzalanması səbəb olub. Görüşün 70-ci dəqiqəsində əllə oyuna görə qarşısında vərəqə görən Rahid cəzalı duruma düşüb.
Qeyd edək ki, "Xəzər Lənkəran" 18-ci turda "Sumqayıt"ı qəbul edəcək. Həmin oyunda Rahidlə yanaşı zədəli olan Tural Cəlilov da komandasına kömək edə bilməyəcək.





