Türkiyənin "Beşiktaş" klubu qaynar dəqiqələr yaşayır. Futbolinfo.az xəbər verir ki, Super Liqanın son turunda "Kasımpaşa" ilə matçın 80-ci dəqiqəsində öz azarkeşinin hücumuna məruz qalan “ağ-qaralar”ın pleymeykeri Manuel Fernandes klubdan ayrılmaq istədiyini bildirib:
 
"Artıq Türkiyədə futbol oynaya bilmərəm. Bu dəftəri bağldaım".
 
Fernandesin sözlərini klub rəsmisi Dəniz Atalay da təsdiqləyib. Lakin o, bunun emosional bir açıqlama olduğunu və Fernandes sakitləşdikdən sonra onunla yenidən  danışacaqlarını bildirib.
Shares: