Dünən Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “Bakı” – “Qarabağ” oyunundan sonra 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernard Lippertin telefonunun oğurlanması ilə bağlı xəbər vermişdik. Artıq alman mütəxəssis itirdiyi telefonunu tapıb.
Bu barədə Lippert özü futbolinfo.az saytına açıqlamasında bunları deyib:
“Dünən bu barədə xəbərlər yayılmışdı. Amma artıq telefonum özümdədi. Telefonum üçün hər yeri axtarmışdım. Maşın, ev, hər yerə baxmışdım. Sadəcə tapa bilməmişdim. Çox maraqlıdı ki, dünən baxdığım yerlərə bu gün baxınca telefonumu tapdım. Maşınımda qalmışdı. Siz də maraqlandığınız üçün təşəkkür edirəm”.





