İspaniyanın "Atletiko" (Madrid) klubunun qış fasiləsindəki transfer hədəflərindən biri də "Sevilya"nın futbolçusu İvan Rakitiç olacaq. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Dieqo Simeone xorvatiyalı futbolçunu komandasında görmək istədiyini açıqlayıb.
 
Mövsümün sonunda komandası ilə müqavilə müddəti başa çatacaq 25 yaşlı futbolçu ilə İngiltərə klubları da yaxından maraqlanır. Lakin "Sevilya" rəhbərliyi də Rakitiçi komandada saxlamaq niyyətindədi.
 
Rakitiç 2011-ci ildə "Şalke"dən "Sevilya"ya transfer olunub.
Shares: