Madrid “Real”ı İspaniya çempionatının növbəti turunda “Valensiya” ilə oyuna ciddi itkilərlə çıxacaq, xüsusilə də müdafiə xəttində. Ona görə yox ki, heyətdə zədəli futbolçuların sayı çoxalıb.
Futbolinfo.az xəbər verir ki, zədəlilərin sırasına cəzalıların da əlavə olunması baş məşqçi Karlo Ançelottini çətin vəziyyətdə qoyub. Zədəli Rafael Varanın ili bağladığı əvvəlcədən məlum idi. Pepe və Serxio Ramos isə son turda cəzalı vəziyyətə düşüblər.
Beləliklə Ançelottinin əlinin altında yalnız bir mərkəz müdafiəçisi qalıb ki, bu da Naço Fernandesdi. Onunla birlikdə müdafiənin mərkəzində çox güman ki, əsl ampluası sağ cinah müdafiəçisi olan Alvaro Arbeloa oynayacaq.
Qeyd edək ki, “Valensiya” ilə oyun dekabrın 22-də baş tutacaq.





