İspaniyanın "Atletiko" (Madrid) klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
 
Söhbət paytaxt təmsilçisinin təcrübəli hücumçusu Adrian Lopesdən gedir. Adrianın bu mövsümün sonunda bitəcək müqavilə müddəti 2018-ci ilə qədər uzadılıb.
 
Qeyd edək ki, 25 yaşlı oyunçu 2011-ci ildə "Deportivo"dan Madrid klubuna transfer olunub.
Shares: