Topaz Premyer Liqasının 18-ci turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionatında 200-cü dəfə baş məşqçi kimi komandasını meydana çıxaracaq.
 
“İnter”lə dekabrın 20-də baş tutacaq oyuna qədər 199 qarşılaşmada iş başında olan Qurbanov buna 2 klubda nail olub. 2006/07 və 2007/08 mövsümlərində “Neftçi”yə rəhbərlik edən 41 yaşlı çalışdırıcı 6 mövsümdür “Qarabağ”a rəhbərlik edir. Bu matçlarda onun yetirmələri 104 qələbə qazanıb, 55 heç-heçə edib və yalnız 40 dəfə uduzub.
 
Mövsüm
Klub
O
Q
H
M
T/F
X
2006/07
Neftçi
24
17
3
4
47-15
54
2007/08
Neftçi
4
2
1
1
9-4
7
Cəmi
Neftçi
28
19
4
5
56-19
61
2008/09
Qarabağ
26
14
7
5
35-22
49
2009/10
Qarabağ
32
14
12
6
31-26
54
2010/11
Qarabağ
32
17
7
8
41-22
58
2011/12
Qarabağ
32
15
8
9
37-28
53
2012/13
Qarabağ
32
16
11
5
43-26
59
2013/14
Qarabağ
17
9
6
2
29-11
33
Cəmi
Qarabağ
171
85
51
35
216-135
306
Cəmi
2 klubda
199
104
55
40
272-154
367
 
Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib – 6:1. 2010-cu il noyabrın 11-də AZAL-la oyundakı 0:2 hesablı məğlubiyyət isə mütəxəssis üçün 100-cü olub.
 
Qeyd edək ki, Qurbanov Azərbaycan çempionatlarının 21 illik tarixində (1992-2013) ən azı 200 oyun keçirən 7-ci mütəxəssisdir. Bu siyahıya Qəhrəman Əliyev başçılıq edir – 381 matç. Ondan başqa, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Mehman Allahverdiyev və Vaqif Sadıqov da 200 oyun səddini arxada qoymağı bacarıb.
Shares: